7 Av 5786 21 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Ukrayna Qazaxıstan neftini daşıyan tankerə PUA hücumu edib

Ukrayna Qazaxıstan neftini daşıyan tankeri vurub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Xəzər Boru Kəməri Konsorsiumunun (KXK) Qara dənizdə yerləşən dəniz terminalı növbəti dəfə pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Hücum nəticəsində neft yükləyən mülki tankerdə yanğın baş verib, terminalda neft yüklənməsi isə tamamilə dayandırılıb.

KXK-nın yaydığı məlumata görə, hadisə iyulun 20-də, əvvəlki hücumlardan sonra bərpa edilmiş neft yüklənməsindən cəmi bir gün sonra baş verib.

Bildirilib ki, hücum zamanı Qazaxıstan və ABŞ şirkətlərinə məxsus nefti qəbul edən, Kamerun bayrağı altında üzən “NELSA” tankeri terminalın VPU-1 üzən yükləmə qurğusunda yüklənmə prosesində olub. PUA zərbəsi nəticəsində gəminin sağ bortunun arxa hissəsində, üst tikili ilə maşın-qazanxana bölməsi arasında yanğın baş verib.

Yanğın tanker heyəti və KXK-nın qəza-xilasetmə xidmətlərinin xüsusi üzən vasitələrdən istifadə etməsi nəticəsində bir neçə saat ərzində söndürülüb.

Tankerdə 24 nəfərdən ibarət beynəlxalq heyət olub. Onlardan 22 nəfər KXK-nın yedək gəmiləri ilə təhlükəsiz şəkildə təxliyə edilib. Kapitan və baş köməkçisi isə gəmidə qalaraq vəziyyətə nəzarəti davam etdiriblər. Konsorsiumun məlumatına görə, tanker üzmə qabiliyyətini qoruyub saxlayıb, hadisə nəticəsində nə neft sızması, nə də neft çənlərində yanğın qeydə alınıb.

Hadisədən dərhal sonra təhlükəsizlik məqsədilə terminalda neft yüklənməsi tamamilə dayandırılıb.

KXK bəyan edib ki, mülki gəmiyə qarşı həyata keçirilən hücum ekipaj üzvlərinin həyatını ciddi təhlükə altına qoymaqla yanaşı, ekoloji və texnogen risklər də yaradıb.

Konsorsium bildirib ki, hadisə Qazaxıstan Xarici İşlər Nazirliyi və Energetika Nazirliyinin iyulun 19-da əvvəlki hücumlarla bağlı verdiyi bəyanatdan cəmi bir gün sonra baş verib. Həmin bəyanatda Astana mülki infrastruktura edilən hücumları pisləyərək, onları ölkənin iqtisadi maraqlarına qarşı qəbuledilməz addım kimi qiymətləndirmişdi.

KXK üzv dövlətləri baş vermiş hadisəyə hüquqi və siyasi qiymət verməyə, həmçinin Qazaxıstan ərazisində fəaliyyət göstərən beynəlxalq konsorsiumların neft ixracı infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üçün praktik tədbirlər görməyə çağırıb.

Bu, son dörd gün ərzində KXK dəniz terminalına edilən üçüncü hücumdur. Belə ki, iyulun 17-də boş vəziyyətdə terminala yaxınlaşan “Nordic Zenith” tankeri PUA hücumuna məruz qalmış, iyulun 19-da isə neft yüklənməsi zamanı daha iki tanker hədəfə alınmışdı. Həmin hadisələrdən sonra terminalda ixrac əməliyyatları müvəqqəti dayandırılmışdı.

Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin dünya bazarlarına çıxarıldığı əsas ixrac marşrutudur. Ölkənin ümumi neft ixracının 80 faizdən çoxu məhz KXK-nın boru kəməri sistemi vasitəsilə həyata keçirilir. Buna görə də terminalın fəaliyyətində yaranan hər hansı fasilə Qazaxıstan neftinin dünya bazarlarına tədarükünə və beynəlxalq enerji bazarında sabitliyə təsir göstərə bilər.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Ukrayna Qazaxıstan neftini daşıyan tankeri vurubjnews.az səsləndirməsi