7 Av 5786 21 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
İsrail ordusu yüksək hazırlıq vəziyyətində: İran danışıqlardan imtina etdi

İsrail ordusu yüksək hazırlıq vəziyyətində: İran danışıqlardan imtina etdi

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ və İran arasında diplomatik gərginlik daha da dərinləşib. İran Vaşinqtonun münaqişənin diplomatik yolla həlli və danışıqların bərpası ilə bağlı təklifini rəsmən rədd edib.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton münaqişənin siyasi və diplomatik yollarla həllinə sadiq qalır və Tehranla razılıq əldə etmək imkanını hələ də açıq saxlayır.

Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bəyan edib ki, ölkəzi təzyiq və təhdid altında aparılan danışıqlara qayıtmayacaq.

İ. Bəqayinin sözlərinə görə, Tehran ABŞ-ın irəli sürdüyü tələbləri qəbul etmir və milli maraqlarından geri çəkilməyəcək. O vurğulayıb ki, İran Hörmüz boğazı ilə bağlı qanuni hüquqlarını qətiyyətlə qoruyacaq. Sözçü əlavə edib ki, bu məsələ ilə bağlı Omanla əməkdaşlıq davam etdiriləcək.

Bu arada, bölgədə hərbi gərginlik də davam edir. Məlumata görə, ABŞ və İsrail İran ərazisinə zərbələr endirməyi davam etdirir. İranın Buşehr vilayətinin rəhbəri bəzi obyektlərin raket hücumuna məruz qaldığını açıqlayıb.

Eyni zamanda, Hörmüz boğazında üzən bir gəmiyə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edildiyi bildirilib.

Regional gərginliyi artıran digər hadisə isə İordaniyanın Əqaba limanı yaxınlığında baş verən raket hücumu olub. Müşahidəçilərin fikrincə, bu hadisə İsrailin münaqişəyə daha geniş şəkildə cəlb olunması ehtimalını artırır.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, ordu bölgədəki vəziyyəti yaxından izləyir və ölkəyə qarşı həyata keçirilə biləcək istənilən hücuma cavab vermək üçün yüksək döyüş hazırlığı vəziyyətindədir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
İsrail ordusu yüksək hazırlıq vəziyyətində: İran danışıqlardan imtina etdijnews.az səsləndirməsi