Ukraynanın gecə saatlarında Moskva və ətraf bölgələrə genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. Rusiya rəsmilərinin məlumatına görə, hücumda ümumilikdə 400 PUA iştirak edib. Nəticədə 10 nəfər yaralanıb, yaşayış və sənaye obyektlərinə ziyan dəyib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, hücumun əsas hədəflərindən biri paytaxtın hava limanlarından birinin yerləşdiyi Domodedovo şəhəri olub. Onun sözlərinə görə, endirilən PUA zərbəsi nəticəsində 7 nəfər yaralanıb. Yaralananlar arasında üç Çin vətəndaşı da var.
Domodedovo şəhərinin meri Yevgeniya Xrustalyova isə bildirib ki, hücum nəticəsində şəhərdə yerləşən sənaye parklarından birində yanğın baş verib. Bundan əlavə, yaşayış binalarından biri də PUA zərbəsinə məruz qalıb.
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin hücum zamanı genişmiqyaslı fəaliyyət göstərdiyini və çoxsaylı pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb. Bununla belə, dağıntılar və xəsarətlər bölgədə təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığını göstərir.
Ukrayna tərəfi isə hələlik hücumla bağlı rəsmi açıqlama verməyib.