23 Elul 5786 5 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
TƏBİB-dən yeni xidmət: Bakıda “Ambucycle” motosikletlər fəaliyyətə başlayıb

TƏBİB-dən yeni xidmət: Bakıda “Ambucycle” motosikletlər fəaliyyətə başlayıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅

TƏBİB nəqliyyat sıxlığı olan ərazilərdə və pik saatlarda operativliyi artırmaq məqsədilə yeni “Ambucycle” təcili tibbi yardım xidmətinin tətbiqinə başlayıb.

İlkin mərhələdə Bakıda pilot layihə olaraq tətbiq edilən bu model həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdə hadisə yerinə daha tez çatmağı hədəfləyir.

Zəruri tibbi ləvazimatlarla təchiz olunmuş xüsusi motosikletləri xüsusi hazırlıq keçmiş feldşerlər idarə edirlər. Onlar hadisə yerində ürək-ağciyər reanimasiyası, defibrilyasiya, ağrının aradan qaldırılması və sınıqlar zamanı immobilizasiya kimi təxirəsalınmaz müdaxilələr edə bilirlər. Zərurət yaranarsa, tamtəchizatlı təcili yardım briqadasının gəlişi koordinasiya olunur.

Feldşerlər Seçenov Universitetinin Bakı filialı, Yeni Klinika və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində xüsusi təlimlər keçiblər.

İsrail və Böyük Britaniya kimi ölkələrdə uğurla tətbiq olunan bu sistemin nəticələri qiymətləndirildikdən sonra coğrafiyasının genişləndirilməsi nəzərdən keçiriləcək.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →