İyulun 21-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertslə təkbətək görüşü keçirilib.
Daha sonra tərəflər görüşü geniş tərkibdə davam etdiriblər.
Azərbaycanla Almaniya arasında sənədlər imzalanıb
- Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə
- Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə
Qeyd edək ki, İlham Əliyev və Fridrix Merts Berlində birgə mətbuat konfransı keçirirlər.