7 Av 5786 21 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
İsraildə nazirə qarşı terror planı ifşa edildi: HƏMAS-la əlaqəli şəxs həbs olunub

İsraildə nazirə qarşı terror planı ifşa edildi: HƏMAS-la əlaqəli şəxs həbs olunub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) və Şimal Dairəsi Polisi terror fəaliyyətinə yardım etməkdə şübhəli bilinən 29 yaşlı Nazaret sakini Məhəmməd Əvvadı saxlayıb.

ŞABAK və polisin birgə yaydığı məlumata görə, aparılan istintaq zamanı müəyyən edilib ki, şübhəli şəxs HƏMAS terror təşkilatı ilə əlaqə yaradaraq onun sıralarına qoşulmağa və terror fəaliyyəti həyata keçirmək üçün maddi-texniki imkanlar əldə etməyə cəhd göstərib.

İstintaqın ilkin nəticələrinə əsasən, Məhəmməd Əvvadın İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı terror aktı törətməyi planlaşdırdığı bildirilir. Məlumata görə, saxlanılan şəxs eyni zamanda Afula şəhərində yerləşən mərkəzi avtovağzalda silahsız mühafizəçi kimi fəaliyyət göstərib.

Şimal Dairəsi Prokurorluğu bu gün Nof Ha-Qalil – Nazaret Məhkəməsinə M. Əvvada qarşı ittiham irəli sürülməsi məqsədilə müvafiq iddia ərizəsi təqdim edib.

ŞABAK və İsrail Polisi birgə bəyanatında vurğulayıb ki, ölkə vətəndaşlarının dövlətin və cəmiyyətin təhlükəsizliyini təhdid edən terror fəaliyyətində iştirakına qarşı “sıfır tolerantlıq” prinsipi tətbiq olunur. Qurumlar bu cür fəaliyyətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün mövcud imkanlardan istifadə etməyə davam edəcəklərini bəyan ediblər.

Hadisəyə münasibət bildirən milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə bunun terror təşkilatlarının ona qarşı həyata keçirməyə cəhd göstərdiyi doqquzuncu sui-qəsd planı olduğunu deyib.

Ben-Qvir təhlükəsizlik qurumlarına təşəkkür edərək bildirib ki, onların fəaliyyəti nəticəsində həm özü, həm də ailəsi mümkün hücumdan qorunub.

Nazir əlavə edib ki, terror təhdidlərinə baxmayaraq, həbsxana sistemində islahatları davam etdirəcək, terrorçular üçün ölüm cəzasını nəzərdə tutan qanunun qəbuluna çalışacaq, qanunsuz tikililərin sökülməsi və təhlükəsizlik tədbirlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini dayandırmayacaq.

Ben-Qvir: Məni qorxuda bilməzsiniz və dayandıra bilməzsiniz. İsrail xalqının təhlükəsizliyi naminə gecə-gündüz çalışmağa davam edəcəyəm.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
İsraildə nazirə qarşı terror planı ifşa edildi: HƏMAS-la əlaqəli şəxs həbs olunubjnews.az səsləndirməsi