İyulun 21-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, siyasi dialoqun inkişafı, iqtisadi-ticarət əməkdaşlığı, enerji, nəqliyyat, investisiya, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.








