23 Elul 5786 5 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Almaniyanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib: "Əlaqələri gücləndirəcəyik"

Almaniyanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib: “Əlaqələri gücləndirəcəyik”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅

Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dirk Lelke Bakıya gəlib və rəsmi olaraq diplomatik fəaliyyətinə başlayıb.

Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, səfir Almaniya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərindən biri olacağını vurğulayıb.

Dirk Lelke: Qarşıdakı illərdə Almaniya ilə Azərbaycan arasında münasibətlərin daha da möhkəmləndirilməsi, eləcə də ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafına töhfə verməyi səbirsizliklə gözləyirəm

Yeni səfir qeyd edib ki, iki ölkə arasında mövcud tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fəaliyyət göstərmək niyyətindədir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →