ABŞ hərbi qüvvələrinin İranın cənubunda yerləşən strateji Bəndər-Abbas liman şəhəri və ətrafındakı hədəflərə endirdiyi zərbələrdən sonra bölgədə güclü partlayışlar qeydə alınıb.
Məlumata görə, zərbələrdən sonra şəhərin müxtəlif hissələrində ardıcıl partlayış səsləri eşidilib. Yerli sakinlər və sosial şəbəkələrdə yayılan görüntülər partlayışların liman infrastrukturu istiqamətində baş verdiyini göstərir.
Mərkəzi Komandanlıq (CENTCOM) əməliyyatların İranın hərbi infrastrukturuna, o cümlədən raket obyektlərinə, pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə və hərbi dəniz qüvvələrinin istifadə etdiyi hədəflərə yönəldiyini bildirib. Vaşinqton bu addımı Hörmüz boğazında ticarət gəmilərinə qarşı həyata keçirilən hücumlara cavab olaraq izah edib.
Hadisə fonunda regionda gərginlik daha da artıb və Hörmüz boğazında təhlükəsizliklə bağlı narahatlıqlar yenidən gündəmə gəlib.