12 Elul 5786 25 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Smartfon ekranında TikTok, Instagram və X sosial şəbəkələrinin loqoları.

YENİ HESABAT: Antisemit məzmunla mübarizədə “TikTok” “X”-i geridə qoyub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ-nin “StopAntisemitism” təşkilatı məşhur sosial şəbəkələrdə məzmunun moderasiyası ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb.

Jnews.az xəbər verir ki, təşkilat 2025-ci ilin iyulundan 2026-cı ilin iyulunadək bir il ərzində hər həftə platformalara antisemit xarakterli, nifrət nitqi və zorakılığa çağırış elementləri olduğu iddia edilən hesab və paylaşımlarla bağlı şikayətlər göndərib.

Hesabata əsasən, ən yüksək göstərici “TikTok” platformasında qeydə alınıb. Təşkilatın şikayət etdiyi 49 hesabdan 24-ü, yəni 49%-i silinib. Eyni zamanda, şikayət edilən 324 paylaşımın 156-sı və ya 48%-i ilə bağlı tədbir görülüb.

“Instagram” ikinci yerdə qərarlaşıb. Şikayət edilən 36 hesabdan 12-si, yəni 33%-i silinib. 175 paylaşımın isə 70-i və ya 40%-i ilə bağlı müəyyən tədbirlər görülüb.

Ən aşağı göstərici isə “X” sosial şəbəkəsində qeydə alınıb. Təşkilat burada 41 hesabdan şikayət edib, onlardan yalnız 5-i, yəni 12%-i silinib. Qaydaları pozduğu bildirilən 263 paylaşımın 46-sı, yəni 17,5%-i ilə bağlı tədbir görülüb.

“StopAntisemitism”in hesabatında qeyd olunub ki, “X”-in administrasiyası bəzi hallarda antisemit ifadələri, eləcə də terrorçu və ekstremist qruplara dəstək xarakterli məzmunu icazə verilən “siyasi fikirlər” kimi qiymətləndirib.

Təşkilatın rəhbəri Liora Rez bildirib ki, ayrı-ayrı paylaşımların silinməsi nifrət xarakterli məzmunu sistemli şəkildə yayan və geniş auditoriyaya malik istifadəçilərin hesabları fəaliyyətini davam etdirdiyi halda effektiv həll sayıla bilməz.

“StopAntisemitism” sosial şəbəkələri təkrar qayda pozuntularına qarşı nəzarəti gücləndirməyə, moderasiya prosesinə ixtisaslaşmış mütəxəssisləri cəlb etməyə və şikayətlərin araşdırılması ilə bağlı məlumatları ictimaiyyət üçün daha şəffaf etməyə çağırıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
YENİ HESABAT: Antisemit məzmunla mübarizədə “TikTok” “X”-i geridə qoyubjnews.az səsləndirməsi