12 Elul 5786 25 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bakı-Tbilisi-Bakı qatarı ilə 12 mindən çox sərnişin daşınıb

Bakı-Tbilisi-Bakı qatarı ilə 12 mindən çox sərnişin daşınıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅

Bu ilin may ayında yenidən fəaliyyətə başlayan Bakı-Tbilisi-Bakı beynəlxalq dəmir yolu marşrutu üzrə indiyədək 12 mindən çox sərnişin daşınıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımaları 25 may 2026-cı il tarixində bərpa olunub. Yenidən istifadəyə verilən marşrut qısa müddətdə sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb və iki ay ərzində 12 mindən artıq sərnişinə xidmət göstərib.

ADY-nin məlumatına görə, hazırda marşrut üzrə təxminən 5 500 bilet yenidən satışa çıxarılıb. Sərnişinlər biletləri səfər tarixindən 30 gün əvvəl əldə edə bilirlər.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı qatar reysi Azərbaycan və Gürcüstan arasında turizm və işgüzar səfərlərin inkişafına töhfə verməklə yanaşı, iki ölkə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsində də mühüm rol oynayır. ADY son vaxtlar artan sərnişin tələbatını nəzərə alaraq marşrut üzrə əlavə vaqonların qoşulması istiqamətində də tədbirlər həyata keçirir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →