16 Elul 5786 29 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Hacıqabulda sərnişin avtobusu yoldan çıxaraq aşıb: Yaralılar var

Hacıqabulda sərnişin avtobusu yoldan çıxaraq aşıb: Yaralılar var

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅

Hacıqabul, 12 İyul – Hacıqabul rayonunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qəza iyulun 12-də saat 05:15 radələrində Bakı–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.

Bildirilir ki, Alqışov Ramil Bilal oğlunun idarə etdiyi “Yutong” markalı avtobus idarəetmədən çıxaraq əvvəlcə yolun sol kənarındakı beton arakəsmələrə çırpılıb, daha sonra isə aşıb.

Hadisə nəticəsində xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) iyulun 12-də, saat 06 radələrindən başlayaraq Hacıqabul və Şirvan Şəhər Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım şöbələrinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →