İyul ayında İsraildə teatr, opera, balet və müasir rəqs həvəskarları üçün zəngin mədəni proqram hazırlanıb. Ay ərzində ölkənin müxtəlif şəhərlərində klassik və müasir səhnə əsərləri nümayiş olunacaq.
Proqramın diqqətçəkən tədbirlərindən biri “Geşer” Teatrının təqdim etdiyi “Bernarda Albanın evi” tamaşasıdır. Tamaşa 1, 20 və 21 iyul tarixlərində Təl-Əvivdə səhnələşdiriləcək. Federiko Qarsia Lorkanın məşhur əsəri əsasında hazırlanan səhnə işi azadlıq, ailə qadağaları və insanın daha yaxşı həyata can atması mövzusuna həsr olunub.
2 və 3 iyul tarixlərində isə həmin teatrda Fyodor Dostoyevskinin dünya ədəbiyyatının şah əsərlərindən sayılan “Cinayət və cəza” romanı əsasında hazırlanan tamaşa nümayiş etdirilib. Quruluşçu rejissor Aleksandr Moloçnikov klassik əsəri müasir səhnə həlli ilə təqdim edilib.
İyulun 3-dən 10-dək “Mariupol dramı” tamaşası Rişon le-Sion, Netanya, Ramat-Qan, Hayfa, Beer-Şeva, Aşkelon, Petah-Tikva və Aşdod şəhərlərində nümayiş olunacaq. Tamaşa 2022-ci ildə Mariupol Dram Teatrında baş verən faciəvi hadisələrdən sağ çıxan aktyorların iştirakı ilə hazırlanıb və real hadisələrə əsaslanır. Hər nümayişdən sonra tamaşaçılar aktyorlarla görüş və müzakirədə iştirak edə biləcəklər.
Müasir rəqs həvəskarları üçün də maraqlı proqram nəzərdə tutulub. ABŞ-ın tanınmış Peridance balet kollektivi 5 iyula qədər Herçliya və Qüdsdə çıxış edərək müasir xoreoqrafiyadan ibarət repertuarını təqdim ediblər.
Bundan əlavə, 3-29 iyul tarixlərində məşhur Mayumana teatrı yeni SELAS şousu ilə Ramat-Qan, Beer-Şeva, Təl-Əviv, Holon, Kiryat-Motskin, Drom ha-Şaron Regional Şurası və Modiin-Makkabim-Reut şəhərlərində çıxış edəcək. Tamaşa musiqi, ritm, teatr və rəqsi təbiətin dörd ünsürü ilə birləşdirən fərqli səhnə konsepsiyası ilə seçilir.
Ayın ən gözlənilən musiqili səhnə hadisələrindən biri isə 17–30 iyul tarixlərində Təl-Əvivdə keçiriləcək İsrail Operasının təqdimatıdır. Bu çərçivədə dünya opera klassikasının incilərindən olan Cakomo Puççininin “Toska” operası müasir səhnə quruluşunda tamaşaçılara təqdim ediləcək.
Təşkilatçılar bildirirlər ki, təhlükəsizlik vəziyyətindən asılı olaraq tədbirlərin proqramında və tarixlərində dəyişikliklər edilə bilər. Bu səbəbdən tamaşaçılara