23 Elul 5786 5 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Ukrayna ötən gecə Moskvaya 400 PUA ilə hücum edib

Ukrayna ötən gecə Moskvaya 400 PUA ilə hücum edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅

Ukraynanın gecə saatlarında Moskva və ətraf bölgələrə genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. Rusiya rəsmilərinin məlumatına görə, hücumda ümumilikdə 400 PUA iştirak edib. Nəticədə 10 nəfər yaralanıb, yaşayış və sənaye obyektlərinə ziyan dəyib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, hücumun əsas hədəflərindən biri paytaxtın hava limanlarından birinin yerləşdiyi Domodedovo şəhəri  olub. Onun sözlərinə görə, endirilən PUA zərbəsi nəticəsində 7 nəfər yaralanıb. Yaralananlar arasında üç Çin vətəndaşı da var.

Domodedovo şəhərinin meri Yevgeniya Xrustalyova isə bildirib ki, hücum nəticəsində şəhərdə yerləşən sənaye parklarından birində yanğın baş verib. Bundan əlavə, yaşayış binalarından biri də PUA zərbəsinə məruz qalıb.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin hücum zamanı genişmiqyaslı fəaliyyət göstərdiyini və çoxsaylı pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb. Bununla belə, dağıntılar və xəsarətlər bölgədə təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığını göstərir.

Ukrayna tərəfi isə hələlik hücumla bağlı rəsmi açıqlama verməyib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →