1 Elul 5786 14 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Zamir İsayev: "Knesseti “erməni soyqırımı” ilə bağlı qərarı rədd etməyə çağırıram"

Zamir İsayev: “Knesseti “erməni soyqırımı” ilə bağlı qərarı rədd etməyə çağırıram”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅

Sefarad yəhudilərinin Bakı dini icmasının sədri, ravvin Zamir İsayev İsrail hökumətinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarına etiraz etdiyini açıqlayıb.

O bildirib ki, belə bir addımı yanlış, birtərəfli və siyasi motivli hesab edir. Zamir İsayevin sözlərinə görə, bu səviyyədə olan tarixi məsələlər siyasətçilərin səsverməsi ilə həll edilməməli, təbliğat və ya siyasi konyunktura alətinə çevrilməməlidir.

O vurğulayıb ki, 1915-ci il hadisələri arxiv sənədləri və müstəqil tarixçilərin rəyləri əsasında obyektiv, dürüst və peşəkar şəkildə araşdırılmalıdır. Onun fikrincə, tarixi araşdırmaların siyasi bəyanatlarla əvəz edilməsi təhlükəli bir yoldur.

Zamir İsayev bu cür təşəbbüsə qarşı qəti etirazını ifadə etdiyini bildirərək, Knessetin bu yanlış qərarı qəbul etməyəcəyinə ümid etdiyini qeyd edib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →