16 Tammuz 5786 1 iyul 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:04, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Podkastlar Təhlil Mədəniyyət Xəbərlər
Yəhudi professor: “İsrailin “Erməni soyqırımı”na görə Azərbaycanı incitməyi ağır strateji səhvdir”

Yəhudi professor: “İsrailin “Erməni soyqırımı”na görə Azərbaycanı incitməyi ağır strateji səhvdir”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Təhlil
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrailin xarici işlər naziri Gideon Saar hökumətin rəsmi və tarixi xarakter daşıyan qondarma “erməni soyqırımı”nı tanımaq barədə qərarını təqdim edib. Qərar hökumət tərəfindən yekdilliklə təsdiqlənib. Siyasi dairələr bunu tarixi ədalətin bərpası və Türkiyəyə qarşı güc nümayişi kimi qiymətləndirsələr də, İsrailin strateji və təhlükəsizlik sahəsində tanınmış mütəxəssisləri qərarın mümkün nəticələrindən ciddi narahatdırlar.

“Kol Berama” radiosunun aparıcısı Yaakov Qrodkanın təqdim etdiyi “Mərkəzi Buraxılış” proqramına qonaq olan Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) prezidenti, İsrail-Türkiyə münasibətləri üzrə beynəlxalq ekspert professor Efraim İnbar bu addımı “uşaqcasına və xırda hesablanmış ciddi səhv” adlandırıb. Onun fikrincə, bu qərar İsrailə beynəlxalq müttəfiqləri ilə münasibətlərdə ağır nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, baş verənlər Rəcəb Tayyib Ərdoğana cavab vermək cəhdidir, lakin İsrailin həyati əhəmiyyət daşıyan maraqlarını risk altına qoyur.

Xarici siyasət tarixi qisas üzərində qurulmamalıdır

Professor İnbar bildirib ki, İsrail uzun illərdir Ermənistan, insan haqları təşkilatları və diaspor yəhudilərinin “erməni soyqırımı”nın tanınması ilə bağlı təzyiqləri ilə üz-üzədir. Bununla belə, o, hazırkı hökumətin qərarının vaxtını və motivlərini kəskin tənqid edib.

“Mən bu məsələnin mahiyyətini başa düşürəm, amma bunun düzgün addım olduğuna əmin deyiləm. Bu, türklərə zərbə vurmaq və onlara bizim də zərər verə biləcəyimizi göstərmək üçün edilmiş uşaqcasına cəhddir. Xarici siyasət keçmişə qayıdaraq kimisə cəzalandırmaq üzərində deyil, bugünkü milli maraqlar əsasında aparılmalıdır”.

Onun sözlərinə görə, bu qərar Türkiyədə İsrailə müsbət yanaşan dünyəvi dairələrə də mənfi təsir göstərə bilər.

“Bu addım bizə xüsusi fayda verməyəcək. Hazırda Türkiyənin gələcəyi uğrunda ölkədaxili ciddi mübarizə gedir. İsrailə simpatiya ilə yanaşan geniş dünyəvi təbəqələr var və onları bizdən uzaqlaşdıracaq addımlar atmamalıyıq”.

“Aşağı stul” qalmaqalının pərdəarxası

Müsahibə zamanı aparıcı 2010-cu ildə Türkiyənin İsraildəki səfirinin kameralar qarşısında aşağı stulda əyləşdirilməsi ilə bağlı məşhur diplomatik insidenti xatırladıb.

Professor İnbar həmin hadisə barədə indiyədək məlum olmayan məqamı açıqlayıb:

““Aşağı stul” məsələsi tamamilə təsadüf idi. Mən həmin otağı yaxşı tanıyıram. Səfiri alçaltmaq üçün xüsusi kiçik stul gətirilməmişdi. Sadəcə, onu otaqdakı divanda əyləşdirmişdilər və həmin divan xarici işlər nazirinin müavininin oturduğu kreslodan daha alçaq idi. Əlbəttə, bu, səhlənkarlıq, hörmətsizlik və həssaslığın olmaması idi, lakin hamının düşündüyü kimi əvvəlcədən planlaşdırılmış addım deyildi”.

Ən böyük zərbə Türkiyəyə yox, Azərbaycanla münasibətlərə dəyəcək

Professor İnbar vurğulayıb ki, qərarın ən ciddi nəticəsi Türkiyə ilə deyil, İsrailin ən yaxın strateji tərəfdaşlarından biri olan Azərbaycanla münasibətlərdə özünü göstərə bilər. Onun sözlərinə görə, Bakı artıq Yerusəlimin bu qərarını qınayıb.

“Bizə bu başağrısı nə üçün lazımdır? Niyə azərbaycanlıları qəzəbləndirməliyik? Azərbaycan İsrailin ən mühüm strateji müttəfiqlərindən biridir. Sadəcə türkləri qıcıqlandırmaq naminə belə bir addım atmaq və bununla da Azərbaycan kimi strateji tərəfdaşa zərər vurmaq çox ciddi səhvdir”.

Ərdoğanla necə davranmaq lazımdır?

Müsahibənin sonunda professor İnbar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gücündən və Suriyada hərbi mövcudluğunun İsrail üçün yaratdığı reallıqdan danışıb. Onun fikrincə, İsrail gərginliyi artırmaq deyil, azaltmağa çalışmalıdır.

“Ümumilikdə İsrailin marağı odur ki, gərginliyi azaltmağa çalışsın. Türkiyə çox güclü dövlətdir və Suriyadakı mövcudluğu səbəbindən faktiki olaraq İsrailin sərhədlərinə qədər gəlib çıxıb. Boş ictimai bəyanatlarla onları təhrik etmək olmaz. Lakin bu, o demək deyil ki, onların həssas nöqtələrinə təsir göstərmək mümkün deyil”.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Yəhudi professor: “İsrailin “Erməni soyqırımı”na görə Azərbaycanı incitməyi ağır strateji səhvdir”jnews.az səsləndirməsi