1 Av 5786 15 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Mədəniyyət Təhlil Podkastlar Təhsil
İsrailin humanitar missiyası Hondurasda yüzlərlə insana ümid oldu

İsrailin humanitar missiyası Hondurasda yüzlərlə insana ümid oldu

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Honduras, 14 iyul – İsraildən Hondurasa ezam olunan oftalmoloqlardan ibarət tibbi missiya 136 nəfər üzərində uğurlu göz əməliyyatı həyata keçirib.

Məlumata görə, israilli həkimlər ümumilikdə 155 xəstəni müayinə edib, onlardan 136-sına müxtəlif göz xəstəlikləri ilə əlaqədar cərrahi müdaxilə olunub. Humanitar missiya Honduras prezidenti tərəfindən edilən müraciətdən sonra təşkil edilib.

Bildirilir ki, Hondurasda göz xəstəliklərinin yayılması yüksək olsa da, ixtisaslaşmış oftalmoloqların sayı kifayət qədər deyil. Bu səbəbdən İsrail ölkəyə təcrübəli göz həkimlərindən ibarət xüsusi tibbi qrup göndərib.

Missiya çərçivəsində israilli mütəxəssislər yalnız xəstələri müalicə etməklə kifayətlənməyib, həm də yerli həkimlərlə təcrübələrini bölüşərək, onların peşəkar biliklərinin artırılmasına dəstək veriblər.

İsrailin “Şeba” xəstəxanasının oftalmoloqu Emanuel Şvalb bildirib ki, Honduraslı həmkarları ilə qısa müddətdə səmərəli əməkdaşlıq qurmaq mümkün olub və birgə iş uğurla davam etdirilib.

İsrail tərəfi Hondurasa dəstəyin davam edəcəyini də açıqlayıb. Yaxın vaxtlarda ölkəyə yeni oftalmoloji avadanlıqların göndərilməsi və növbəti həkim qrupunun ezam olunması planlaşdırılır.

Qeyd edək ki, son dövrlərdə İsrail və Honduras arasında əməkdaşlıq müxtəlif sahələrdə, o cümlədən səhiyyə istiqamətində daha da genişlənir. Honduras hökuməti İsraillə əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini bildirib.

jnews.az redaksiyasının orijinal materialı.
PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
İsrailin humanitar missiyası Hondurasda yüzlərlə insana ümid oldujnews.az səsləndirməsi