İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının mərkəzi və şimal bölgələrinə endirilən hava zərbələri nəticəsində iki silahlının məhv edildiyini bəyan edib.
Ordunun yaydığı məlumata görə, zərərsizləşdirilən şəxslərdən biri Fələstinin “İslami Cihad” hərəkatının snayperi, digəri isə HƏMAS-ın əməliyyat qərargahında rəhbər vəzifə tutan komandir olub.
Hər iki şəxs Qəzza zolağında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsində iştirak edib və əməliyyat zamanı birbaşa təhlükə mənbəyi hesab olunub.
Bildirilib ki, hava zərbələri kəşfiyyat məlumatları əsasında həyata keçirilib və məqsəd İsrail qüvvələrinə qarşı mümkün hücumların qarşısını almaq olub.