11 Tammuz 5786 26 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:05, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Mədəniyyət Xəbərlər
Rusiyada “Azot” zavodu və neft bazası yanır: Gecə boyu partlayışlar baş verib

Rusiyada “Azot” zavodu və neft bazası yanır: Gecə boyu partlayışlar baş verib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Rusiyanın Tula vilayətində yerləşən "Azot" kimya zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Gecə saatlarında bir neçə saat ərzində partlayış səsləri və dronların uçuşu eşidilib.

"Exilenova+" monitorinq kanalının məlumatına əsasən, hücumdan sonra havada ammonyak qoxusu hiss olunub, bəzi ərazilərdə isə elektrik enerjisinin verilişində problemlər yaranıb.

Kanalın bildirdiyinə görə, hücumdan sonra NASA-nın FIRMS sistemi Novomoskovsk İstilik Elektrik Stansiyasının ərazisində yanğın qeydə alıb. Hadisəni Tula vilayətinin qubernatoru Dmitri Milyayev də təsdiqləyib. O, Novomoskovsk şəhərində yerləşən sənaye müəssisələrindən birinin zərər gördüyünü açıqlasa da, müəssisənin adını çəkməyib.

"Azot" Rusiyanın ən iri kimya müəssisələrindən biri hesab olunur. Zavod ammonyak, azot turşusu, metanol və mineral gübrələr istehsal edir. Burada, həmçinin partlayıcı maddələrin və sursatların hazırlanmasında istifadə olunan kimyəvi xammal da istehsal olunur.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Rusiyada “Azot” zavodu və neft bazası yanır: Gecə boyu partlayışlar baş veribjnews.az səsləndirməsi