25 Tammuz 5786 10 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
KİV: Trampa qarşı yeni sui-qəsd planı – Sensasion kəşfiyyat məlumatı

KİV: Trampa qarşı yeni sui-qəsd planı – Sensasion kəşfiyyat məlumatı

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrail ABŞ-yə İranın prezident Donald Trampa qarşı yeni sui-qəsd planı hazırladığına dair kəşfiyyat məlumatı təqdim edib.

“The Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, İsrail kəşfiyyatının əldə etdiyi məlumatlarda İranda Donald Trampa qarşı növbəti hücum planının hazırlandığı iddia olunur.

Nəşr xatırladır ki, Donald Tramp NATO sammiti zamanı da İrandan gələn təhlükə barədə danışmışdı. ABŞ prezidenti Tehranın onu hədəfə çevirdiyini iddia edib.

“Məni aradan götürmək istəyirlər. Mən onların bütün siyahılarındayam. İndiyə qədər bir az şansım gətirib, amma bu, həmişə belə davam etməyə bilər”.

Hazırda nə ABŞ, nə də İsrail rəsmiləri məsələ ilə bağlı əlavə məlumat və ya rəsmi açıqlama yayıblar. İran tərəfi də iddialara münasibət bildirməyib.

Qeyd edək ki, son aylarda Vaşinqton və Tehran arasında gərginliyin artması fonunda İranın Trampa qarşı mümkün təhdidləri ilə bağlı müxtəlif məlumatlar beynəlxalq mediada vaxtaşırı gündəmə gətirilir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
KİV: Trampa qarşı yeni sui-qəsd planı – Sensasion kəşfiyyat məlumatıjnews.az səsləndirməsi