Rusiya hökumətinin Xüsusi Uçuş Dəstəsinə məxsus olan və yüksək vəzifəli dövlət rəsmilərinin daşınması üçün istifadə edilən Tupolev Tu-214PU (qeydiyyat nömrəsi RA-64531) 2026-cı il iyulun 13-də Tehrana eniş edib.
Məlumata görə, hadisə ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını davam etdirdiyi bir vaxta təsadüf edib.
Tu-214PU Rusiyanın yüksək vəzifəli dövlət rəsmilərinin daşınması və hökumətin ən yüksək səviyyəli fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulmuş xüsusi təyinatlı təyyarədir. Bəzi xarici media orqanları bu tip təyyarələri qeyri-rəsmi olaraq “qiyamət təyyarəsi” adlandırır.
Uçuşun məqsədi ilə bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib.
Analitiklərin fikrincə, ABŞ ilə İran arasında gərginliyin artdığı bir dövrdə təyyarənin Tehrana enməsi diplomatik və ya strateji mesaj kimi qiymətləndirilə bilər.
