Səna, 13 İyul – Yəmən husilərinin “Ansar Allah” təşkilatının Siyasi Bürosunun üzvü əl-Əsəd bildirib ki, husilərin nümayəndə heyətini daşıyan təyyarə Səudiyyə Ərəbistanı tərəfindən endirilən zərbələrə baxmayaraq, Səna hava limanına eniş edib.
O, özünün “X” hesabında “Təyyarə sağ-salamat endi, nümayəndə heyəti çatdı və mühasirə güc yolu ilə yarıldı” deyə yazıb.
Eyni zamanda, husilərə qarşı olan Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin Silahlı Qüvvələri İranın və husilərin Yəmənin hava məkanını pozmasına cavab verməyə hazır olduqlarını bəyan ediblər.
Vəziyyətin gərginləşməsi Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin İranın husiləri paytaxta qaytarmaq üçün Tehrandan Sənaya reys həyata keçirməsini qadağan etməsindən sonra baş verib.