28 Tammuz 5786 13 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Mədəniyyət Təhlil Podkastlar Təhsil
ABŞ və Kanadada siionizm tarixi məktəb proqramına daxil ediləcək

ABŞ və Kanadada siionizm tarixi məktəb proqramına daxil ediləcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ, 13 İyulABŞ və Kanadadakı yəhudi məktəblərində 2026-cı ilin payızından etibarən siionizm tarixinə həsr olunmuş yeni dərs proqramı tədris ediləcək.

Yeni proqram “Nefesh B’Nefesh” təşkilatının həyata keçirdiyi “Zionist Education Initiative Fellowship” layihəsi çərçivəsində hazırlanır. Layihənin ilk mərhələsində ABŞ və Kanadadan olan 12 yəhudi məktəbinin müəllim və rəhbəri İsraildə keçirilən beş günlük təlim proqramında iştirak edib.

Təlim zamanı iştirakçılar siionizmin tarixi, İsrail cəmiyyətinin inkişafı, arxeologiya və müasir tədris metodları ilə bağlı seminarlara qatılıb, İsrail Milli Kitabxanasında tarixi mənbələrlə tanış olub, həmçinin müxtəlif muzey və mədəniyyət ocaqlarını ziyarət ediblər.

Məlumata görə, yeni dərs proqramı ilkin mərhələdə ABŞ və Kanadadakı 12 yəhudi məktəbində tətbiq olunacaq. Tədris materiallarında siionist hərəkatın tarixi, yəhudi xalqının İsraillə tarixi əlaqələri, yəhudi kimliyi və müasir İsrail cəmiyyətinə dair mövzular yer alacaq.

Layihə çərçivəsində müəllimlər il ərzində birgə fəaliyyət göstərərək metodik vəsaitlər hazırlayacaq və hər biri siionizm mövzusunda 12 dərs bölməsindən ibarət tədris materialı yaradacaq. Proqramın sonunda Nyu-Yorkda yekun görüş keçiriləcək və hazırlanan materiallar təqdim olunacaq.

Bununla yanaşı, “Nefesh B’Nefesh” təşkilatı “Koren Publishers” nəşriyyatı ilə birgə yəhudi məktəblərinin yuxarı sinifləri üçün siionizm mövzusunda yeni dərslik də hazırlayır.

Qeyd edək ki, “Nefesh B’Nefesh” ABŞ, Kanada və Böyük Britaniyadan İsrailə köçmək istəyən yəhudilərə dəstək göstərən qeyri-kommersiya təşkilatıdır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
ABŞ və Kanadada siionizm tarixi məktəb proqramına daxil ediləcəkjnews.az səsləndirməsi