16 Elul 5786 29 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
"Hapoel" NBA ulduzunu transfer etdi: 1 illik müqavilə

“Hapoel” NBA ulduzunu transfer etdi: 1 illik müqavilə

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İdman
📅

Təl-Əviv, 13 İyul – İsrailin “Hapoel” basketbol klubu amerikalı basketbolçu Amir Koffini heyətinə qatıb.

Klub 29 yaşlı oyunçu ilə bir illik müqavilə imzalayıb. Bu transfer Koffinin peşəkar karyerasında ABŞ-dan kənarda ilk çıxışı olacaq.

Amir Koffi NBA-da yeddi mövsüm çıxış edib. O, bu müddətdə “Los Angeles Clippers”, “Milwaukee Bucks” və “Phoenix Suns” komandalarının formasını geyinib. Basketbolçu NBA karyerası ərzində 369 oyunda meydana çıxıb. O, hər oyunda orta hesabla 6,2 xal, 1,8 ribaund və 1,1 məhsuldar ötürmə ilə yadda qalıb. Koffi iki xallıq atışlarda 52,8 faiz, üç xallıq atışlarda isə 38,2 faiz dəqiqlik nümayiş etdirib.

“Hapoel”in baş məşqçisi Dimitris İtudis yeni transferdən məmnun olduğunu bildirib. Onun sözlərinə görə, Amir Koffi həm hücum, həm də müdafiə xəttində komandaya fayda verə biləcək, müxtəlif mövqelərdə çıxış etmək bacarığına malik təcrübəli basketbolçudur.

Qeyd edək ki, “Hapoel”in heyətində NBA təcrübəsinə malik Vasiliye Miçiç, İş Ueynrayt, Tayler Ennis və Daniel Oturu da çıxış edir.

Amir Koffinin ailəsində də basketbol ənənəsi var. Onun bacısı Nia Koffi hazırda WNBA-nın “Minnesota Lynx” klubunda oynayır. Atası Riçard Koffi isə vaxtilə NBA-da “Minnesota Timberwolves” komandasının şərəfini qoruyub.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →