28 Tammuz 5786 13 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Mədəniyyət Təhlil Podkastlar Təhsil
Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına hava zərbələri endirib

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına hava zərbələri endirib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Səna, 13 İyul– Səudiyyə Ərəbistanı Yəmənin husilərin nəzarətində olan Səna Beynəlxalq Hava Limanı ətrafına hava zərbələri endirib.

Yerli mənbələrin məlumatına görə, hücumlar zamanı paytaxt Sənadakı hava limanı ətrafında bir neçə partlayış baş verib. Hadisə şahidləri döyüş təyyarələrinin şəhər üzərində uçduğunu və ardıcıl zərbələrin endirildiyini bildiriblər.

Husilərə bağlı “Əl-Məsirə” telekanalı hava limanının hədəf alındığını təsdiqləyib. Qruplaşmanın nümayəndələri hücumun cavabsız qalmayacağını bəyan edərək, Səudiyyə Ərəbistanını nəticələri barədə xəbərdar ediblər.

Yəmən rəsmilərinin bildirdiyinə görə, hadisə zamanı husilər Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus təyyarəni, eləcə də onun pilot və ikinci pilotunu saxlayıblar. Hava limanı ətrafında vəziyyət gərgin olaraq qalır.

Hücum nəticəsində ölən və yaralananlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına hava zərbələri endiribjnews.az səsləndirməsi