Şuşa, 13 İyul – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində “TikTok” və “LinkedIn” platformalarının nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı rəqəmsal platformalarla əməkdaşlıq, informasiya mühitində mövcud çağırışlar, dezinformasiyaya qarşı mübarizə, eləcə də sosial media şirkətləri ilə qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu iyulun 13-14-də “Rəqəmsal keçidlər: İnformasiya və media dayanıqlığının gücləndirilməsi” mövzusunda keçirilir. Forumda dünyanın müxtəlif ölkələrindən media rəhbərləri, jurnalistlər, beynəlxalq təşkilatların və qlobal texnologiya şirkətlərinin nümayəndələri iştirak edirlər.