Ukraynanın Odessa şəhəri yaxınlığında mülki gəmiyə edilən dron hücumu nəticəsində azərbaycanlı kapitan dünyasını dəyişib.
Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” ticarət gəmisi qəfil hücuma məruz qalıb. Ötən gün baş verən hadisə zamanı göyərtədə 11 nəfər Azərbaycan vətəndaşı olub. Hücumdan dərhal sonra kapitan istisna olmaqla, digər 10 ekipaj üzvü təxliyə edilərək Odessa sahilinə çatdırılıb və onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Dənizçilərin İctimai Birliyinin sədri İlham Nəsirov gəminin kapitanı Səməd Nəsrullayevin xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu təsdiqləyib. Birlik sədri mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) də açıqlama yayıb. Nazirlikdən bildirilib ki, xilas edilən dənizçilərin sağlamlıq vəziyyəti nəzarətdə saxlanılır, kapitanın axtarışları ilə bağlı isə müvafiq tədbirlər görülüb.
