1 Av 5786 15 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Mədəniyyət Təhlil Podkastlar Təhsil
Odessada gəmiyə dron zərbəsi: Azərbaycanlı kapitan itkin düşüb

Odessada gəmiyə dron zərbəsi: Azərbaycanlı kapitan itkin düşüb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ukrayna sahillərindən açıqda, Odessa yaxınlığında yerli vaxtla saat 15:00 radələrində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron zərbəsinə məruz qalıb. Hadisə barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi bəyanat yayıb.

Ekipajın vəziyyəti

XİN-in açıqlamasına görə, kapitan da daxil olmaqla gəmidəki ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır.

Gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Kapitanın axtarışı

Azərbaycan vətəndaşı olan gəmi kapitanının yeri hələ müəyyənləşdirilməyib. XİN-in bildirdiyinə görə, onun axtarışı ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycanın Ukrayna Səfirliyi aidiyyəti dövlət qurumları ilə fasiləsiz əlaqə saxlayır və gəmidəki Azərbaycan vətəndaşlarına zəruri konsulluq yardımının göstərilməsini təmin edir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Odessada gəmiyə dron zərbəsi: Azərbaycanlı kapitan itkin düşübjnews.az səsləndirməsi