İsrail ordusunun iyunun 25-də Qəzza zolağının qərb hissəsinə endirdiyi hava zərbələri zamanı ağır yaralanan İsmayıl Haniyənin qardaşı oğlu Valid Haniyə bu gün ölüb.
İsrail mətbuatının yaydığı məlumata əsasən, Valid Haniyə HƏMAS-ın xüsusi təyinatlı “Nuhba” bölməsinin komandirlərindən biri olub. Bildirilir ki, o, İsrail ordusuna qarşı həyata keçirilən döyüş əməliyyatlarında fəal iştirak edib.
Qeyd edək ki, HƏMAS-ın keçmiş Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə də daha əvvəl İsrailin həyata keçirdiyi əməliyyat nəticəsində öldürülmüşdü.
