29 Elul 5786 11 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrail-Livan danışıqların yeni raundunun tarixi açıqlanıb

İsrail-Livan danışıqların yeni raundunun tarixi açıqlanıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Livan və İsrail arasında danışıqların yeni raundu sentyabrın 15-16-da Romada keçiriləcək.

Jnews.az xəbər verir ki, danışıqlar ABŞ-ın vasitəçiliyi ilə aparılan dialoq çərçivəsində baş tutacaq. Görüşdə tərəflərin iyun ayında əldə etdikləri çərçivə razılaşmasının icrası və iki ölkə arasında təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.

Tərəflər arasında birbaşa danışıqlarda indiyədək ciddi irəliləyiş əldə olunmayıb. Əsas fikir ayrılıqları İsrail hərbçilərinin Livanın cənubundan çıxarılması və İranın dəstəklədiyi “Hizbullah”ın silahsızlaşdırılması məsələləri ilə bağlıdır.

İyun ayında əldə olunan çərçivə razılaşmasına əsasən, İsrail qüvvələrinin Livanın cənubundan çıxarılması “Hizbullah”ın silahsızlaşdırılması və həmin ərazilərdə nəzarətin Livan ordusuna qaytarılması ilə əlaqələndirilir. Lakin “Hizbullah” Litani çayının şimalında silahlarını təhvil verməyə qarşı çıxır, İsrail isə ölkə ərazisində qruplaşmanın tam şəkildə silahsızlaşdırılmasını tələb edir.

Danışıqlar fonunda tərəflər arasında bəzi etimad tədbirləri də həyata keçirilib. Sentyabrın əvvəlində İsrail Livanda saxlanılan beş mülki şəxsi azad edib. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Livan isə vətəndaş müharibəsi zamanı itkin düşmüş Livan yəhudilərinin cəsədlərinin axtarışına razılıq verib.

Bununla belə, Livanın cənubunda vəziyyət hələ də gərgin olaraq qalır. İsrail ordusu ilə “Hizbullah” arasında atışmalar davam edir və tərəflər təhlükəsizlik məsələləri üzrə qarşılıqlı ittihamlar irəli sürürlər.

Romada keçiriləcək yeni danışıqlar raundunda tərəflərin iyun ayında əldə olunan çərçivə razılaşmasının icrası ilə bağlı fikir ayrılıqlarını müzakirə edəcəkləri gözlənilir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrail-Livan danışıqların yeni raundunun tarixi açıqlanıbjnews.az səsləndirməsi