29 Elul 5786 11 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycan İordaniya ilə vizasız rejim tətbiq etməyə hazırlaşır

Azərbaycan İordaniya ilə vizasız rejim tətbiq etməyə hazırlaşır

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 11, 2026 12:21 axşam

Azərbaycan və İordaniya arasında adi pasport sahibləri üçün vizasız gediş-gəliş rejiminin tətbiqi nəzərdə tutulur.

Jnews.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Hökuməti ilə İordaniya Hökuməti arasında adi pasport sahiblərinin viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiqlənməsi məsələsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Saziş təsdiqləndikdən sonra ümumvətəndaş (adi) pasportlara malik Azərbaycan və İordaniya vətəndaşlarının qarşılıqlı olaraq vizasız səfər etməsi mümkün olacaq.

Beynəlxalq əməkdaşlıq

Komitənin iclasında Azərbaycan-İordaniya arasında viza rejimi ilə yanaşı, bir sıra digər beynəlxalq sənədlərin təsdiqlənməsi də müzakirə olunacaq.

Gündəliyə Monqolustan ilə hava əlaqəsi haqqında qanun layihəsi, həmçinin Cinayət işləri üzrə qarşılıqlı yardım haqqında Avropa Konvensiyasına İkinci əlavə Protokolun təsdiqlənməsi məsələsi daxil edilib.

Deputatlar Ukrayna ilə hökumətlərarası rabitə sahəsində əməkdaşlıq məsələlərinə və Slovakiya ilə məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında sazişə baxacaqlar.

Bundan əlavə, Qırğızıstanla münasibətlərə dair bir sıra sənədlərin, o cümlədən Müttəfiqlik münasibətləri haqqında Müqavilənin, beynəlxalq avtomobil əlaqəsi haqqında Sazişin və Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyətində dəyişiklikləri nəzərdə tutan sənədlərin müzakirəsi planlaşdırılır.

Energetika sahəsində isə “Quba-Xəzər” ərazisində kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişin həyata keçirilməsi ilə bağlı qanun layihəsinə baxılacaq.

Layihə Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının ərazilərinin bir hissəsini əhatə edir. Sənəd Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Gran Tierra Energy (Azerbaijan) GmbH və SOCAR Guba-Caspian LLC arasında əməkdaşlığı nəzərdə tutur.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Azərbaycan İordaniya ilə vizasız rejim tətbiq etməyə hazırlaşırjnews.az səsləndirməsi