28 Elul 5786 10 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Qara dənizin görünüşü

XİN Qara dənizdə iki azərbaycanlının həlak olduğu PUA hücumunu təsdiqlədi

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 10, 2026 2:20 axşam

Qara dənizdə, Odessa limanı yaxınlığında gəmiyə pilotsuz uçuş aparatı (PUA) ilə hücum nəticəsində iki Azərbaycan vətəndaşı həlak olub.

Jnews.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumatı rəsmən təsdiqləyib.

Nazirliyin açıqlamasına görə, PUA hücumu gəminin Qara dəniz akvatoriyasında olduğu zaman baş verib. Zərbə nəticəsində gəminin ekipajında olan iki Azərbaycan vətəndaşı həlak olub.

Məlumata əsasən, söhbət Somali bayrağı altında üzən, “Mert Marine Corporation” şirkətinə məxsus “TEDY” yedək gəmisindən gedir. Hadisə zamanı gəminin göyərtəsində 10 nəfərdən ibarət heyət olub. Onların arasında Azərbaycan, Türkiyə, Almaniya və Ukrayna vətəndaşları olub.

İlkin məlumatlara görə, gəmi hücumdan sonra hərəkətini davam etdirərək Konstansa limanına doğru istiqamət alıb. Bu zaman gəmi daha iki PUA hücumuna məruz qalıb.

Sonrakı hücumlar nəticəsində Azərbaycan vətəndaşları olan dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olublar. Digər iki azərbaycanlı dənizçinin yaralandığı və Odessa şəhərində xəstəxanaya yerləşdirildiyi bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumatların dəqiqləşdirilməsi və zərərçəkən Azərbaycan vətəndaşlarına lazımi yardımın göstərilməsi istiqamətində iş aparıldığını bildirib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
XİN Qara dənizdə iki azərbaycanlının həlak olduğu PUA hücumunu təsdiqlədijnews.az səsləndirməsi