28 Elul 5786 10 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrailin xarici işlər naziri Gideon Saar 9 sentyabr 2026-cı ildə Lyublyanada mətbuat konfransında çıxış edir.

Gideon Saar: İsrail Qəzza zolağından fələstinlilərin çıxarılmasını planlaşdırmır

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrailin xarici işlər naziri Gideon Saar ölkəsinin Qəzza zolağındakı fələstinliləri deportasiya etmək niyyətində olmadığını açıqlayıb.

Jnews.az xəbər verir ki, Saar bu barədə sentyabrın 9-da Sloveniyanın paytaxtı Lyublyanada keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, əgər hər hansı şəxs öz istəyi ilə Qəzzanı tərk etmək istəyərsə və onu qəbul etməyə hazır ölkə olarsa, İsrail buna mane olmayacaq. 

Saarın bu açıqlaması İsrail hökumətinin bəzi üzvlərinin son günlər Qəzzadakı fələstinlilərin ərazidən çıxarılması ilə bağlı təkliflər səsləndirməsindən sonra verilib. İsrailin müdafiə naziri İsrael Kats sentyabrın 2-də Qəzzadakı vəziyyətlə bağlı fələstinlilərin köçünün zəruri ola biləcəyini bildirib. Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə sentyabrın 3-də Qəzza əhalisinin “könüllü köçürülməsini” nəzərdə tutan plan təqdim edib.

Qeyd edək ki, Gideon Saarın Sloveniyaya səfəri İsrailin bu ölkədə ilk daimi səfirliyinin açılması ilə bağlı olub. İsrail XİN rəhbəri səfirliyin açılmasını iki ölkə arasında münasibətlərin inkişafı baxımından tarixi hadisə adlandırıb.

Səfər çərçivəsində Saar sloveniyalı həmkarı Tone Kajzer ilə görüşüb. Görüşün yekununda iki ölkə arasında təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb. Bundan əlavə, Lyublyanada İsrail və Sloveniya şirkətlərinin iştirakı ilə iqtisadi forum keçirilib.

İsrailin Sloveniyada səfirliyinin açılması iki ölkə arasında diplomatik münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilir. Sloveniya 2024-cü ildə Fələstin dövlətini tanıyıb. Sloveniyanın yeni hökuməti isə İsraillə münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Gideon Saar: İsrail Qəzza zolağından fələstinlilərin çıxarılmasını planlaşdırmırjnews.az səsləndirməsi