Britaniyanın xarici işlər naziri Ed Milibend İsrailə qarşı tətbiq edilən sanksiyaların Böyük Britaniya ilə İsrail arasında kəşfiyyat və təhlükəsizlik əməkdaşlığına mənfi təsir göstərəcəyi ilə bağlı ehtimalları rədd edib.
Jnews.az xəbər verir ki, Milibend “BBC Radio”-ya açıqlamasında Britaniya ilə İsrail arasında kəşfiyyat və təhlükəsizlik sahəsində mühüm əlaqələrin olduğunu və bu əməkdaşlığın davam edəcəyinə əmin olduğunu bildirib.
Nazir İsrailin Britaniyanın Yerusəlimdəki konsulluğunu bağlamaq qərarını da “təəssüf doğuran və zərərli” addım adlandırıb.
Milibend bildirib ki, Britaniya belə bir qərarın qəbul edilə biləcəyini gözləyirdi. Onun sözlərinə görə, İsrailin digər ölkələrin, o cümlədən Niderlandın sanksiyalar tətbiq etməsinə oxşar şəkildə reaksiya verdiyi daha əvvəl də müşahidə olunub.
“Mən bu cavab tədbirlərini təəssüf doğuran və zərərli hesab edirəm”, – deyə Milibend vurğulayıb.
