27 Elul 5786 9 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Ticarət tərəziləri fonunda ABŞ və Kanada bayraqları

ABŞ-Kanada “ticarət müharibəsi” şiddətlənib: Əlavə qadağalar və rüsumlar

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ prezidenti Donald Trampın administrasiyası Kanadadan idxal olunan bir sıra mallara, o cümlədən bəzi spirtli içkilər, süd məhsulları və motosikletlərə qadağa tətbiq ediləcəyini açıqlayıb.

Jnews.az xəbər verir ki, Ağ Evin bəyanatına görə, bu tədbirlər sentyabrın 29-da qüvvəyə minəcək. Qərarın ABŞ-ın Kanadanın ticarət sahəsindəki bəzi addımlarını ayrı-seçkilik kimi qiymətləndirməsi ilə əlaqədar olduğu bildirilib.

Bununla yanaşı, ABŞ 50 faizlik rüsum tətbiq olunan Kanada mallarının siyahısını genişləndirir. Sentyabrın 15-dən qüvvəyə minəcək yenilənmiş siyahıya polad və alüminium məmulatları, həmçinin mebel və kağız məhsulları daxil edilib. Eyni zamanda, texniki duz və sement siyahıdan çıxarılıb.

İki ölkə arasında ticarət münaqişəsi ikitərəfli danışıqların dayandırılması fonunda daha da gərginləşir. Hələ avqust ayında ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirmişdi ki, Ottava sərfəli ticarət sazişi bağlamaqdan imtina edib. Bundan sonra avqustun 22-də Vaşinqton bir sıra Kanada mallarına 50 faizlik rüsum tətbiq edib.

Kanadanın Baş naziri Mark Karni ABŞ ilə danışıqların dayandırıldığını təsdiqləyib və Amerika məhsullarına qarşı cavab rüsumlarının tətbiq olunacağını elan edib. Karni mövcud vəziyyəti Vaşinqton tərəfindən başladılmış “ticarət müharibəsi” kimi xarakterizə edib. ABŞ-ın addımlarına cavab olaraq, Ottava sentyabrın 8-də ABŞ mallarına qarşı yüksək rüsumlar tətbiq edib.

Əlavə tədbirlər sırasında Donald Trampın sentyabrın 8-də imzaladığı və müvafiq qurumlara Kanada məhsullarının ümumi dəyəri 50 milyard dollar olan dövlət satınalmaları planlarından çıxarılmasını nəzərdə tutan sərəncam da yer alır.

Həmçinin, ABŞ administrasiyası 2027-ci il yanvarın 1-dən etibarən Kanada avtomobillərinə, ehtiyat hissələrinə və polada 50 faizlik rüsum tətbiq etməyi planlaşdırır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
ABŞ-Kanada “ticarət müharibəsi” şiddətlənib: Əlavə qadağalar və rüsumlarjnews.az səsləndirməsi