Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətində Dnepr–Zaporojye marşrutu üzrə hərəkət edən regional sərnişin qatarına zərbə endirib.
Jnews.az xəbər verir ki, hadisə sentyabrın 8-də səhər saatlarında Vilnyansk şəhəri ərazisində baş verib. Məlumata görə, dəmiryolçular və monitorinq qrupu təhlükəni əvvəlcədən müəyyən edib və qatarı vaxtında dayandırıb. Sərnişinlər isə qatarı tərk edərək yaxınlıqdakı mobil sığınacağa təxliyə olunublar.
“Ukrzaliznytsia”nın İdarə Heyətinin sədri Aleksandr Pertsovski bildirib ki, qatara dəqiq zərbə endirilib. İlkin məlumata görə, sərnişinlər arasında xəsarət alan olmayıb.
Hücumdan sonra xilasetmə işləri davam etdirilir. Qatarda çalışan bələdçilərdən biri ilə əlaqə kəsilib. Şahidlərin bildirdiyinə görə, o, sərnişinlərin təxliyəsi zamanı təhlükənin davam etdiyi vaxt qatara qayıdıb. Onun taleyi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
