Yenilənib: Sentyabr 8, 2026 9:43 səhər
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) regionda dəniz daşımalarının təhlükəsizliyinin təmin edilməsi çərçivəsində yeni tədbirlər həyata keçirib.
Jnews.az xəbər verir ki, sentyabrın 7-nə olan məlumata görə, ABŞ qüvvələri İranla əlaqəli 94 kommersiya gəmisinin marşrutunu dəyişdirib.
CENTCOM-un məlumatına görə, hərbi qüvvələr bundan əlavə, üç gəmini sıradan çıxarıb və daha iki gəminin göyərtəsinə çıxıb. Bildirilib ki, bu tədbirlər qüvvədə olan hərbi-dəniz blokadasının tam icrasını təmin etmək məqsədi daşıyır.
“7 sentyabr tarixinə CENTCOM qüvvələri 94 kommersiya gəmisini yönləndirib, 3 gəmini sıradan çıxarıb və blokadanın tam icrasını təmin etmək üçün 2 gəminin göyərtəsinə çıxıb”, – deyə komandanlığın açıqlamasında bildirilib.
