25 Elul 5786 7 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Magistral yolun kənarında zədələnmiş avtomobil

Bakı-Qazax magistralında qəza: Sürücü sükan arxasında yuxulayıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 7, 2026 4:49 axşam

Bakı–Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində “Toyota” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Jnews.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, avtomobilin sürücüsü A. Cabbarov sükan arxasında yuxulayıb və nəticədə nəqliyyat vasitəsinin idarəetməsini itirib.

Hadisə yerində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları çalışır. Hazırda qəzanın bütün halları araşdırılır.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqlara baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Bakı-Qazax magistralında qəza: Sürücü sükan arxasında yuxulayıbjnews.az səsləndirməsi