25 Elul 5786 7 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Mustafa Qurbanlı Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-da panel müzakirəsində çıxış edir.

SOCAR Methane AI proqramını təqdim edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) metan emissiyalarının həcmini izləmək və azaltmaq üçün nəzərdə tutulmuş Methane AI adlı öz proqram təminatını hazırlayıb.

Jnews.az xəbər verir ki, bunu SOCAR-ın Ekoloji məlumatların açıqlanması və yaşıl təşəbbüslər departamentinin rəhbəri Mustafa Qurbanlı Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.

Mustafa Qurbanlının sözlərinə görə, bu sistemin tətbiqi şirkətin korporativ dekarbonizasiya proqramının bir hissəsidir. Texnologiya emissiyaların azaldılması üzrə işin prioritet istiqamətlərini müəyyənləşdirmək üçün məlumatların yüklənməsinə, həmçinin mümkün ekoloji risklərin proqnozlaşdırılmasına imkan verir.

SOCAR nümayəndəsi bildirib ki, şirkət artıq Methane AI-nin imkanlarını regional tərəfdaşlara nümayiş etdirib. Hazırlanan məhsul böyük maraq doğurub və hazırda tərəflər onun gələcək inkişaf perspektivlərini və birgə istifadəsinin təşkilini müzakirə edirlər.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
SOCAR Methane AI proqramını təqdim edibjnews.az səsləndirməsi