Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisindəki bir sıra obyektlərə silsilə zərbələr endirib. Əsas hədəflər ölkənin bir neçə regionunda yerləşən neft emalı müəssisələri olub.
Jnews.az xəbər verir ki, daxil olan məlumatlara görə, Ryazan və Perm vilayətlərindəki neft emalı müəssisələri zərbələrə məruz qalıb. Bundan əlavə, Tatarıstan ərazisindəki neft emalı infrastrukturu obyektlərinin də vurulduğu bildirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 7-də bu hücumları təsdiqləyərək Ryazan vilayətində neft emalı zavodunun, Perm vilayəti və Tatarıstanda isə neft emalı obyektlərinin vurulduğunu bildirib.
Mənbə: minval.az
