Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Jnews.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
