26 Elul 5786 8 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilmiş narkotik vasitələr və psixotrop preparatlar.

İrandan Azərbaycana narkotik keçirməyə cəhd: DSX qarşısını alıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İrandan Azərbaycana narkotik vasitələrin qanunsuz yolla keçirilməsinin qarşısı alınıb. Hadisə sentyabrın 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Jnews.az xəbər verir ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

İlk hadisə saat 01:30-da qeydə alınıb. İran İslam Respublikasından Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd “Metadon M-40” həbinin keçirildiyi müəyyən olunub.

İkinci hadisə isə saat 04:10-da baş verib. Bu dəfə narkotik vasitələrin ölkə ərazisinə keçirilməsi üçün paraplandan istifadə olunub. Nəticədə 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd “Metadon M-40” həbi aşkar edilib.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İrandan Azərbaycana narkotik keçirməyə cəhd: DSX qarşısını alıbjnews.az səsləndirməsi