26 Elul 5786 8 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Mateuş Koxalski «Qarabağ»ın heyətində

“Qarabağ” qapıçı Mateuş Koxalski ilə yollarını ayırıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İdman
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 8, 2026 2:54 axşam

“Qarabağ” futbol klubu qapıçı Mateuş Koxalskinin transferi ilə bağlı Polşanın “Vyeçista” klubunun təklifini qəbul edib. Tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və oyunçunun keçidi ilə bağlı rəsmi razılıq əldə olunub.

Jnews.az xəbər verir ki, Mateuş Koxalski “Qarabağ”ın heyətinə 2024-cü ilin yayında qoşulmuşdu. O, komandanın heyətində keçirdiyi müddət ərzində ümumilikdə 76 rəsmi oyunda meydana çıxıb.

Polşalı qapıçı “Qarabağ”la birgə 2024/25 mövsümündə Azərbaycan çempionu titulunu qazanıb. O, həmçinin UEFA Çempionlar Liqasında komandanın 1/8 finala vəsiqə uğrunda pley-off mərhələsinə qədər irəliləməsində iştirak edib. Turnir ərzində Koxalski 40 seyv nümayiş etdirərək, bu göstərici ilə yarışın “Top-3”lüyündə qərarlaşıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
“Qarabağ” qapıçı Mateuş Koxalski ilə yollarını ayırıbjnews.az səsləndirməsi