28 Elul 5786 10 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Qax rayonunda yol qəzası yerində FHN əməkdaşları

Qaxda BMW ağaca çırpılıb: Qadın sürücü belə xilas edildi

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 10, 2026 11:45 səhər

Qax rayonunun Suskənd kəndində yol-nəqliyyat hadisəsi baş verib. 

Jnews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunublar.

Xilasedicilər BMW markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpıldığını müəyyən ediblər.

Zərbə nəticəsində avtomobilin kuzovu ciddi zədələnib. Sürücü, 1985-ci il təvəllüdlü İradə Nurəddin qızı İsmayılova salonda sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi texniki vasitələrdən istifadə edərək zərərçəkəni avtomobildən çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hazırda müvafiq qurumlar tərəfindən hadisənin təfərrüatları araşdırılır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Qaxda BMW ağaca çırpılıb: Qadın sürücü belə xilas edildijnews.az səsləndirməsi