Yenilənib: Sentyabr 6, 2026 3:41 axşam
İsrail Əhali və Miqrasiya İdarəsi yeni doğulan uşaqlara ən çox verilən adların statistikasını açıqlayıb.
Jnews.az xəbər verir ki, 6 sentyabr 2026-cı il tarixinə olan məlumatlar həm ölkə üzrə ümumi göstəriciləri, həm də ayrıca yəhudi sektorundakı ad seçimlərini əks etdirir.
Yəhudi sektorunda oğlan uşaqları arasında lider dəyişib. Ariel adı ilk pilləyə yüksəlib və Lavi adını geridə qoyub. Lavi hazırda dördüncü sıradadır. İlk onluqda həmçinin David, Rafael, Uri, Mixail, Eliya, Eytan, Yehuda və Ari adları yer alıb.
Ölkə üzrə, bütün sektorlar nəzərə alınmaqla, oğlan uşaqları arasında ilk pillədə yenə də Məhəmməd adı qərarlaşıb. Ariel isə altıncı yerdən ikinci pilləyə yüksəlib. İlk onluğa həmçinin Yosif, Adam, David, Omer, Rafael, Lavi, Mixail və Eytan adları daxil olub.
Qız uşaqları arasında isə vəziyyət daha sabit qalıb. Aviqayl adı həm ölkə üzrə ümumi reytinqdə, həm də yəhudi ailələri arasında liderliyini qoruyub. Bu ad yəhudi sektorunda artıq beşinci ildir ki, birinci yerdədir.
Yəhudi sektorunda Aviqayldan sonra ən populyar adlar Libi, Tamar, Yael, Lia, Ella, Ayla, Sara, Noa və Naya olub. Naya ilk onluğa daxil olaraq Esteri geridə qoyub. Libi isə Tamarı qabaqlayaraq ikinci pilləyə yüksəlib.
Mənbə: cursorinfo.co.il
