24 Elul 5786 6 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Putin Uitkoff və Kuşnerlə danışıqların nəticələrini açıqlayıb

Putin Uitkoff və Kuşnerlə danışıqların nəticələrini açıqlayıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşüb. Danışıqlar təxminən 3 saat davam edib.

Jnews.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, görüş yalnız Ukrayna məsələsi ilə məhdudlaşmayıb. Tərəflər mümkün irimiqyaslı Rusiya-Amerika layihələrini də müzakirə ediblər.

Putin daha əvvəl Uitkoff və Kuşnerlə təmasları faydalı adlandırıb.

ABŞ nümayəndələrinin sentyabrın 6-da Kiyevə səfər edəcəyi gözlənilir. Ukrayna Prezidenti Volodimir Zelenski isə ABŞ nümayəndələri ilə məzmunlu danışıqlara hazır olduqlarını bildirib. Görüşdə diplomatik proses və Ukrayna ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Bu arada, Vladimir Putin Kiyevə zərbələrin dayandırılması ilə bağlı Moskvaya rəsmi kanallarla müraciət daxil olduğunu da açıqlayıb. O bildirib ki, gecə yarısından etibarən Kiyevə zərbə endirilməyib. Putin həmçinin Ukrayna tərəfinin hücumların sayını əhəmiyyətli dərəcədə azaltdığını deyib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Putin Uitkoff və Kuşnerlə danışıqların nəticələrini açıqlayıbjnews.az səsləndirməsi