İsrail Milli Təhlükəsizlik Şurası payız yəhudi bayramları və 7 Oktyabr hadisələrinin üçüncü ildönümü ərəfəsində vətəndaşlarına xaricdə təhlükələr barədə xəbərdarlıq edib.
Jnews.az xəbər verir ki, Şuranın məlumatında bunun yeni səyahət xəbərdarlıqlarının tətbiqi anlamına gəlmədiyi vurğulanıb. Bildirilib ki, açıqlama müxtəlif ölkələrdə mövcud olan təhlükə səviyyəsini və əsas tendensiyaları əks etdirir.
Milli Təhlükəsizlik Şurası xüsusilə 7 Oktyabr hadisələrinin yaxınlaşan üçüncü ildönümünə diqqət çəkib. Bildirilib ki, oktyabr ayında müxtəlif ölkələrdə İsrail əleyhinə çoxsaylı etiraz aksiyalarının keçirilməsi gözlənilir. Bu aksiyaların bir qisminin zorakılıqla müşayiət oluna biləcəyi qeyd edilib.
İsrail xüsusi xidmətlərinin qiymətləndirməsinə görə, terror təşkilatları bu tarixlə əlaqədar İsrail və yəhudi obyektlərinə qarşı terror aktları törətməyə cəhd göstərə bilər.
Şura İsrail vətəndaşlarını xaricə səfərlər zamanı mövcud təhlükəsizlik vəziyyətini nəzərə almağa və yerli təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
