Yenilənib: Sentyabr 9, 2026 5:13 axşam
Rusiya Ermənistana taxıl tədarükünü Azərbaycan ərazisindən tranzit yolu ilə həyata keçirməyi planlaşdırır.
Jnews.az xəbər verir ki, bu barədə ölkələr arasında logistika əməkdaşlığının inkişafı çərçivəsində razılıq əldə olunub.
Arpa və buğda ilə yüklənmiş vaqonlar Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək. Yük qatarının Biləcəri stansiyasından yola salınması nəzərdə tutulur.
