Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura iki günlük səfərə başlayıblar.
Jnews.az xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Nümayəndələri Prezidentin köməkçisi Hikmət Hacıyev müşayiət edir.
Diplomatlar Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq və infrastruktur layihələri ilə tanış olacaqlar. Səfər çərçivəsində, həmçinin tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində görülən işlər barədə məlumat əldə edəcəklər.
Bu, diplomatik korpusun 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərə 22-ci səfəridir.





