Ariel Universitetinin 22 tələbəsi və onları müşayiət edən şəxslər İsrailin Azərbaycandakı səfirliyini ziyarət ediblər.
Jnews.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, tələbələr səfər çərçivəsində İsrailin Azərbaycandakı səfiri Ronen Krausz və səfir müavini Aviv Zell ilə görüşüblər.
Bakı səfərləri zamanı tələbələr şəhərin tarixi və mədəni məkanlarını ziyarət edərək Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri və tarixi irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Görüş zamanı tələbələr İsrail-Azərbaycan münasibətləri, diplomatiya, əməkdaşlıq və təhsil sahələri ilə bağlı müxtəlif suallar veriblər. Diplomatlar öz bilik və təcrübələrini, baxışlarını, eləcə də peşəkar fəaliyyət yolları ilə bağlı bəzi məqamları tələbələrlə bölüşüblər.
Səfirlik tələbələrə təhsillərində uğurlar, gələcək fəaliyyətlərində isə ən xoş arzularını çatdırıb.
